Bakı-Moskva aviareysində yenə problem yarandı

  • By admin
  • 15 Avqust 2022 10:27

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysinin uçuşu texniki səbəbdən gecikir.

Gununsesi.info xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib: “Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər”.

Gununsesi.info