Bakı-Moskva-Tehran əməkdaşlıq formatına qoşulmaq istəyənlər az deyil - Novruz Məmmədov

  • By admin
  • 23 Noyabr 2016 11:57
novruz
 
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin həyata keçirilməsi məqsədilə Bakıda təməli qoyulmuş Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatının genişlənməsi ilə bağlı fikirlər bu layihənin çox əhəmiyyətli və cəlbedici olduğunu nümayiş etdirir”.
 
Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz Facebook səhifəsində yazıb.
O, bildirib ki, bu əməkdaşlıq formatına qoşulmaq istəyən ölkələr az deyil.
 Onun sözlərinə görə, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə bilər.
Rəsmi Tehran da  bu formata  bir neçə ölkənin qoşulacağını istisna etməyib. Tehran hesab edir ki, gələcəkdə bu formata daha da genişlənə bilər və digər ölkələrdə bu format əməkdaşlıqda iştirak edə bilər.
Mürtəza 
Gununsesi.info