Azərbaycan, İran və Rusiya dəmir yolu ilə yükdaşımını aktivləşdirmək üçün yükdaşıma tariflərini endirmək barədə razılığa gəliblər.
Gununsesi.info “İran.ru”-ya istinadən xəbər verir ki, bu məqsədlə hər üç ölkənin dəmiryol mütəxəssisləri Moskvada keçridikləri görüşdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhzlinin ilə yük daşımalarının fəallaşması məqsədilə tarifləri 50% endirmək qərarına gəliblər.
Üçtərəfli formatda keçirilən görüşdə “Şimal-Cənub” Beynəlxaql Nəqliyyat Dəhlizində yükdaşımanının həcminin artırılması, bu xəttin inkişaf etdirilməsi və bu yüklərin Azərbaycan üzərindən keçməklə, İran Astarasındakı sərhədyanı terminala daşınmasını təmin etmək ətrafında ciddi fikir mübadiləsi aparılıb.
Üçtərəfli formatda keçrirlən görüşdə yüklərin Rusiya, Azərbaycan, Belarus, Latviya, Estoniya və Finlandiyadan Fars körfəzi ölkələrinə, Hindistana və əksinə hərəkəti üçün marşrutun aktivləşdirilməsi barədə güzəştli tarif dərəcələrinin müəyyənləşdirilməsi əsas müzakirə edilən məsələ olub.
Görüşdə tərəflər yükdaşıma tariflərinin endirilməsində və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlisinin inkişaf etdirilməsində konsensusa gəliblər.
“İran Dəmiryolları” şirkətinin rəhbərinin müavini Hüseyn Aşuri deyib ki, artıq tərəflər Hindistan-İran-Azərbaycan- Rusiya dəmiryollarının işə salınması barədə razılıq əldə edib və bu məqsədlə 2016-cı ildə Mumbay-Bəndər Abbas-Astara-Moskva qatarı sınaqdan keçirilib:
“Biz üçtərəfli görüşdə yüükdaşıma tariflərinin 50% endirilməsi barədə razılığa gəldik”.
H. Aşuri onu da əlavə edib ki, Astara (Azərbaycan)-Astara (İran) yük terminalınadək olan dəmiryol xətti yaxın iki ayda tamamlanacaq:
“Bakı və Tehran bu xəttin qısa zamanda fəaliyyət göstərməsinə ciddi səy göstərir”.
Qəzvin-Rəşt dəmiryol hissəsinin tikintisinin başa çatdırılmasına gəldikdə isə H. Aşuri deyib ki, Qəzvin-Rəşt dəmiryol xətti yaxın altı ay ərzində istifadəyə veriləcək.
Mürtəza
Gununsesi.info