Bakı Moskvaya xəbərdarlıq etməlidir - POLİTOLOQ

  • By admin
  • 08 Avqust 2017 12:58

qarabagda muharibe

Ermənistan Rusiyaya güvənərək Tovuz və Qazax istiqamətində bizim mövqeləri vurur, insanlarımızı hədəf alır.

Gununsesi.info xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin  rəhbəri Elxan Şahinoğlu son günlərdə ermənilərin təxribat xarakterli fəaliyyəti və bu hərbi təxribatlar nəticəsində Tovuzda 13 yaşlı yeniyetmənin yaralanması ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, mütləq bunun cavabı elə həmin istiqamətlərdə verilməlidir: “Əks halda İrəvan elə biləcək ki, biz Rusiya-Ermənistan hərbi qoşun birliklərindən çəkinirik və ondan çəkinirik ki, prosesə Rusiya qarışar deyə seyrçi qalacağıq. Rusiya Azərbaycana mümkün olan pisliyi edib, vaxtilə Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistana dəstək verib. İndi də Moskva erməniləri bütün sərhəd boyu təxribatlara həvəsləndirir”.

Həmçinin, o əlavə edib ki, “Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır” deyərkən elə bu günü nəzərdə tuturmuş: “Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq ərazisində ABŞ-la yanaşı Türkiyənin hərbi bazalarını yerləşdirdi. O ki qaldı, Tovuzda yaralanan uşağa, bunun cavabı Qarabağda deyil, məhz elə həmin iqtiqamətdə verilməlidir. Bir də Azərbaycan XİN-lə Müdafiə Nazirliyi birgə açıqlama yayınlayaraq Ermənistanın Rusiyanı müharibəyə qatmaq prosesinin yaxşı nəticə verməyəcəyi haqqında indidən Moskvanı xəbərdar etməlidir”.

Mürtəza

Gununsesi.info