Bakı-Novorossiysk boru kəməri işləyir - SOCAR-DAN AÇIQLAMA

  • By Mayil
  • 01 Avqust 2016

kemer

SOCAR Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsini əvvəlki rejimdə davam etdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə SOCAR-ın rəsmi saytında məlumatı yayıblar.

Şirkətdən bildiriblər ki, avqust ayı üzrə cədvələ uyğun neft tədarükünə səhər saatlarında başlanılıb: “Bizə tədarükün dayandırılması barədə məlumat daxil olmayıb. Ola bilər ki, hansısa mərhələdə müvəqqəti fasilə yarana bilər, lakin hazırda planlı şəkildə tədarük davam edir, boru kəməri işləyir və “Tarnsneft”dən hər hansı müraciət bizə daxil olmayıb”.

Qeyd edək ki, daha öncə neft tədarünün dayandırılması barədə məlumat yayılıb. Məlumatda deyilir ki, Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi hazırda səhər saatlarında Azərbaycanda baş vermiş zəlzələdən sonra yoxlamalar aparılması məqsədilə dayandırılıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə “Transneft”in başçısının müşaviri İqor Demin deyib.

Xatırladaq ki, İmişli rayonunda zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxin ərazilərdə 5 bala kimi hiss olunub.

 

Gununsesi.info