Bakı Oksford Məktəbi Rasim Məmmədov və Ramiz Mehdiyevdən alınır - VƏKİL İSƏ PROKURORLUĞUN BU TƏLƏBİNİ QANUNSUZ HESAB EDİR

  • By admin
  • 22 Noyabr 2022 08:50

Dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədova cəza istəyib.

Gununsesi.info-nun xəbərinə görə, dövlət ittihamçısı iş adamının özəl mülkiyyətlərinin də müsadirə olunmasını tələb edib.

HTML tutorial

Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə prokurorluğu qanunsuzluqda günahlandırıb: “Rasim Məmmədov heç vaxt məmur olmayıb və ona qarşı irəli sürülmüş ittihama dövlətin heç bir aidiyyəti yoxdur, amma dövlət ittihamçısı bu günkü çıxışında xüsusi müsadirə tələb edib.

Dövlətə heç bir zərər dəymədiyi halda xüsusi müsadirənin həyata keçirilməsi müsadirə hüququndan sui-istifadədir”.

Gununsesi.info-nun araşdırması zamanı isə bəlli olub ki, müsadirəsi tələb olunanlar arasında ölkənin məşhur təhsil oacaqlarından biri olan  Bakı Oksford Məktəbi  də var.

Qeyd edək ki, Məmmədovun həbsindən sonra onun özü və yaxınlarının bir sıra əmlaklarının, o cümlədən Bakı Oksford Məktəbinin üzərinə həbs qoyulub.

Bu məktəbin həmtəsisçisi işadamının həyat yoldaşı Mehriban Məmmədovadır. İstintaq dövründə məktəbin üzərinə həbs qoyularkən istintaq orqanı bu məktəbi 22 milyon 487 min manat qiymətləndirib.

Elçin Sadıqov   saytımıza açıqlamasında deyib ki, iş adamı özü bu barədə danışıb: “Hakim bu barədə sənədləri elan edəndə Rasim Məmmədov deyib ki,  onlar məktəbin yeganə sahibi deyil. Məktəbin 50 faizi  başqasınındır”. 

Əməkdaşımızın araşdırması zamanı isə  Bakı Oksford Məktəbinin əsas şəriklərindən birinin  Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yaxınları olduğu bəlli olub.

 

Elmar Elnuroğlu

Gununsesi.info