Bakı polisindən əhaliyə qadağalarla bağlı XƏBƏRDARLIQ: Sərt tədbir görüləcək

  • By arzu
  • 25 Mart 2020 11:15

Bakıda polis koronavirus infeksiyasının yayılmasına qarşı tədbirlərin gücləndirilməsi məqsədi ilə ictimai yerlərdə, küçələrdə, parklarda və bulvarda qabaqlayıcı profilaktiki tədbirlərini davam etdirir.

Gununsesi.org xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi Elşad Hacıyev Oxu24.com-a açıqlamasında bildirib ki, 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq polis tərəfindən onlar müəyyən olunduqda yaşadıqları ünvana qaytarılması təmin olunacaq:

E.Hacıyev həmçinin qeyd edib ki, daxil olan məlumata görə, bayır xidmətinə cəlb olunan polis əməkdaşları elektron informasiya cihazları ilə təmin olunub ki, bu da vətəndaşların şəxsiyyətinin müəyyən edilməsində istifadə olunacaq:

“Həyata keçirilən bütün tədbirlər şəhər sakinlərinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir”.

Gununsesi.org