Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır -FOTO

18 mart tarixindən etibarən “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır.

Gununsesi.info  xəbər verir ki, bu gün bu istiqamətdə ilk rəmzi səfər baş tutacaq. Səfərdə rəsmi şəxslər, nəqliyyat ekspertləri və media nümayəndələri iştirak edirlər.

Səfərin məqsədi Bakı-Qəbələ dəmir yolu xəttində və Qəbələ dəmir yolu stansiyasında görülən işlərlə tanış olmaqdır.

Bu istiqamətdə hərəkət qrafiki də açıqlanıb. Belə ki, Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə olaraq göstərilib.