Bakı-Qazax və Gəncə-Şəmkir yolunda xəsarətlə nəticələnən yol qəzaları baş verdi

  • By admin
  • 02 May 2017 23:53

yollllllllllllllllllllllllllllllllll

Bakı-Qazax avtomobil yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə yolun Goranboy rayonu Dəliməmmədli qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2106” markalı minik avtomobilinin “KamAz” markalı yük maşını ilə toqquşması nəticəsində “VAZ”-da olan qadın sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Eyni zamanda,Gəncə-Şəmkir yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin qərb çıxışında qeydə alınıb. “KamAz” markalı yük maşınının “Prado” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1953-cü il təvəllüdlü Qasımov Əhəd Səməd oğlu müxtəlif bəd xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info