
Bakı – Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.
Gununsesi.info-nun Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “QAZ-3110” markalı avtomobillərin toqquşması nəticəsində bir qadın (şəxsiyyəti dəqiqləşdirilir – red.) hadisə yerində dünyasını dəyişib, daha iki nəfər – 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Gununsesi.info