Bakı-Qazax yolunda avtomobil qəzası baş verib - XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 08 Sentyabr 2019 16:43

Kürdəmir rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.org-un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ravon Nexia” markalı “90-PJ-481” dövlət qeydiyyat nişanlı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü İbrahimova Aylin Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.org