
Bakı-Qazax magistral yolunun Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçən hissəsində böyük tıxac yaranıb.
Gununsesi.info xəbər verir ki, tıxaca Ələt istiqamətinə gedən avtomobilin qəzaya uğramasının səbəb olduğu bildirilir.
Tıxacın 3 kilometrədək uzandığı deyilir.
Qeyd edək ki, bayramla əlaqədar paytaxtdan ölkənin rayonlarına böyük axın var.
Həmin görüntüləri təqdim edirik: