Bakı-Qazax yolunda dəhşətli hadisə – QADIN ÖLDÜ

  • By admin
  • 13 Aprel 2021 15:42

Aprelin 12-də saat 20 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Pirkənd kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Bakı şəhər sakini M.Hüseynov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Yevlax şəhər sakini G.Abbasovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.