Bakı-Qazax yolunda”Prado” belə aşdı  -Fotolar

  • By admin
  • 06 Noyabr 2016 18:33

p2

 

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında BakıQazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

“90 CC 120” dövlət nömrə nişanlı  “Toyota  Prado” markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

p2

p

Gununsesi.info