
“Hazırda “Formula 1” Azərbaycan Qran-prisinə maraq böyükdür və bilet satışı davam edir. Yarışlara biletlərin qiyməti 90-970 manat arasındadır”.
Bunu Publika.az-a açıqlamasında “Formula 1” Azərbaycan Qran-prisinin mətbuat katibi Turab Teymurov deyib.
O bildirib ki, 2020-ci ildə “Formula 1”ə bilet alan tamaşaçılar öz biletlərindən bu il istifadə edə bilərlər: “Bunun üçün onlar bizimlə əlaqə saxlayıb, biletlərini dəyişə bilərlər”.
Gununsesi.info