Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunda yol-nəqliyyat hadisəsi baş verib

  • By ilhame
  • 22 Aprel 2024 22:39

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Xaçmazdan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

Gununsesi.info xəbər verir ki, “KİA” markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşaraq ağaca çırpılıb.

 

Qəza nəticəsində avtomobildə olan beş nəfərdən 4 nəfəri – Rusiya vətəndaşları 1961-ci il təvəllüdlü Makiyev Aleksey Fedroviç, 1977-ci il təvəllüdlu Makiyeva Elena, 2007-ci il təvəllüdlü Denis Nikolayviç və Göycay rayon sakini, 1972-ci il təvəllüdlü Humay Xəlilova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info