Bakı-Quba yolunda ağır qəza: ÖLƏN VAR

  • By admin
  • 31 Avqust 2017 09:55

qeza_0235

Bakı-Quba magistral avtomobil yolunda qəza baş verib.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə,Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 84-cü km-də Siyəzən rayonu ərazisində “Ford” və “MAN” markalı iki yük avtomobilinin toquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.

Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “MAN” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan 1962-ci il təvəllüdlü Sederenko Viktor Andreyeviçin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info