Bakı-Quba yolunda ağır qəza - ÖLƏN VAR

  • By admin
  • 25 Dekabr 2017 10:36

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, Qubanın İqrık kəndi ərazisində “Mercedes” markalı minik avtomobili və mikroavtobus toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info