Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var

Bakı-Quba yolunda ağır qəza olub, ölən və yaralananlar var


Bakı-Quba yolunda ağır qəza olub.

“Report”un yerli bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Abşeron rayonundan keçən hissəsində baş verib.

“Ford” markalı sərnişin avtobusu ilə “Mercedes” toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

COMMENTS