Bakı-Quba yolunda ağır qəza: ÖLƏN VAR

  • By admin
  • 23 İyul 2022 13:21

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən daxil olan məlumatda deyilir:

“Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu, Yenikənd kəndi ərazisində “Ford” və “Volvo” markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 1993-cü il təvəllüdlü Əliyev Etibar İntiqam oğlunun və 1 nəfər sərnişinin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.

Gununsesi.info