Bakı-Quba yolunda avtobus qəzaya uğradı: - YARALILAR VAR

  • By admin
  • 11 Dekabr 2017 09:48

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, magistralın Xızının Yaşma kəndi ərazisindən keçən hissəsində avtobusun digər avtomobillə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Gununsesi.info