
Şabranda iki yük maşını toqquşub, ölənlər var.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Ağalıq kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
İlkin məlumata görə, hadisəyə səbəb “KaMAZ” markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində qarşıdan gələn TIR avtomobilinə çırpılmasıdır.
Faktla bağlı araşdırma aparılır.
20:13
Quba-Gəndob-Yalama yolunun 8-ci kilometrində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, iki yük avtomobili toqquşub.
Hadisə nəticəsində yolda tıxac yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qəza zamanı “KamAZ” və TIR toqquşub.
Hadisə nəticəsində “KamAZ”ın sürücüsü dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info