
Bakı-Quba yolunda qəza baş verib.
Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, qəza zamanı “KamAz” markalı yük maşını ilə “Vaz 21010” markalı avtomobil toqquşub. Hadisə Bakı-Quba yolunun Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində hər iki qadın vəfat edib, sürücünün vəziyyəti isə ağır olaraq qalır. Qəzaya düşən şəxslər – Xaçmaz rayonunun Çiləgir kənd sakinləri sürücü Savalonov Hümbət Şayəddin oğlu, onun həyat yoldaşı Günay Savalanova və Xaçmaz rayonunun Yeni həyat kənd sakini Oksana Əliyevadır.
Faktla bağlı araşdırma aparılır.