Bakı-Quba yolunda qəza: ölənlər var – FOTOLAR

  • By admin
  • 18 Noyabr 2019 07:57

Bakı-Quba yolunda qəza baş verib.

Gununsesi.org Oxu.Az-a istinadən xəbər verir ki, qəza zamanı “KamAz” markalı yük maşını ilə “Vaz 21010” markalı avtomobil toqquşub. Hadisə Bakı-Quba yolunun Siyəzənin Zarat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza nəticəsində hər iki qadın vəfat edib, sürücünün vəziyyəti isə ağır olaraq qalır. Qəzaya düşən şəxslər – Xaçmaz rayonunun Çiləgir kənd sakinləri sürücü Savalonov Hümbət Şayəddin oğlu, onun həyat yoldaşı Günay Savalanova və Xaçmaz rayonunun Yeni həyat kənd sakini Oksana Əliyevadır.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org