

Azərbaycan hakimiyyəti erməninin sərhəddi keçməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsini (BXQK) məlumatlandırıb.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, Azərbaycan hökuməti rəsmi olaraq BQXK-nın Bakı ofisini Ermənistan vətəndaşınının Azərbaycan-Ermənistan sərhəddini keçməsi ilə bağlı məlumatlandırıb.
BQXK isə öz mandatına uyğun olaraq lazımi addımlar atır.
Qeyd edək ki, 61 yaşlı Ermənistanın Ararat rayonu Ayqepat kənd sakini Henrik Ağekyan Azərbaycan tərəfinə keçib. Erməni mediasınn verdiyi məlumata görə, Ağekyan Naxçıvanda saxlanılır. Onun psixi xəstə olduğu və bir həftə bundan öncə evdən çıxdığı, bir daha geri dönmədiyi bildirilir.
Gununsesi.info