Bakı şəhər prokurorluğunun müstəntiqinə dələduzluq ittihamı qüvvədə qaldı

Bakı şəhər prokurorluğunun müstəntiqinə dələduzluq ittihamı qüvvədə qaldı

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluq ittihamı ilə həbs olunub, sonradan ev dustaqlığına buraxılan Bakı şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovun şikayətinə baxılıb.

Gununsesi.info xəbər verir ki, Səbail rayon Məhkəməsinin hökmü ilə Müşfiq Abbasova 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Amma keçmiş müstəntiq bəraət istəyir, ona görə də hökmdən apellyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsində onun şikayətinə Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Müşfiq Abbasovun şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi olan Müşfiq Abbasov vəzifədə olarkən həbs edilib. O, barəsindəki cinayət işi üzrə yekun qərarın qəbuluna qədər vəzifəsindən kənarlaşdırılmışdı. Apellyasiya Məhkəməsinin qərarından sonra hökm qanuni qüvvəyə minmiş hesab olunur.

Gülər

Gununsesi.info

COMMENTS