Bakı şəhər sakinindən iş qurmaq adı ilə 227 min manat mənimsənilib

  • By admin
  • 03 Dekabr 2016 16:56

519f14d0-10c2-4236-b732-4547f93423ba_292

 

Bakı sakininə qarşı 227 min manatlıq dələduzluq edilib.

Gununsesi.info xəbər verir ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Şamo İbrahimov hüquq-mühafizə orqanlarına müraciət edərək dələduzluğun qurbanı olduğunu bildirib.

O bildirib ki, 2014-cü ilin may ayından 2015 ci ilin yanvar ayınadək Ağdam rayon sakini 1980-ci il təvəllüdlü Fikrət Qədirov onu aldadıb iş qurmaq adı ilə 227 min manat pulunu alıb, qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info