Bakı Şəhər Təhsil İdarəsindən Aytən Səfərovaya sərt cavab

  • By admin
  • 09 Dekabr 2016 15:30

ayten

Tele-aparıcı Aytən Səfərovanın Bakıda şagirdini təhqir edən müəllimənin ünvanına sərt sözlər deməsilə ilə bağlı H.Z.Tağıyev adına 123 saylı orta məktəbin direktoru Səba Həsənova Bakı Şəhər Təhsil İdarəsinə məktub ünvanlayıb.

BŞTİ-dən Gununsesi.info-ya verilən məlumata görə, məktubda müəllimənin şagirdini təhqir etmədiyini bildirilib: “123 nömrəli tam orta məktəbin 3 C sinif şagirdi Rufullazadə Kənana sinif müəlliməsi məktəbli köynəyinin təmiz olmamasını və gigiyenik qaydalara əməl etməməsini irad tutub. Müəllim şagirdin şərəf və ləyaqətinə toxunacaq heç bir təhqiramiz ifadə işlətməyib”. 

Qeyd edək ki, tele-aparıcı Aytən Səfərova sosial şəbəkədə bu sözləri yazıb:

“Bakıda 123 saylı məktəbin Kəmalə adlı müəlliməsi 3-cü sinif şagirdi Kənana dəfələrlə “səndən iyrənirəm” deyərək təhqir edib. Kəmalə, uşaqları məktəbdən iyrəndirən sizin kimi müəllim adına ləkə gətirənlərdir. İmkansız, kasıb ailə uşağına, köynəyinə görə “iyrənirəm” dediyinizə görə ayıb olsun!”

 Gülnaz Qənbərli

Gununsesi.info