“Bakı şəhəri 100 faiz sutkalıq içməli su ilə təmin edilməlidir” - İLHAM ƏLİYEV

  • By admin
  • 10 Aprel 2018 09:18

“İçməli su ilə bağlı layihələr uğurla gedir. Demək olar ki, bütün şəhərlərdə bu işlər ya icra edilib, ya da ki, icradadır. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki indi Bakı şəhərinin 80 faizdən çoxu 24 saat içməli su ilə təmin edilir. Əlbəttə ki, bu rəqəm 100 faiz olmalıdır”.

Gununsesi.info  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib.

“Əminəm ki, biz buna da çatacağıq. Bütün bölgələrdə, bütün şəhərlərdə bu layihələr icra edilir, kəndlərin böyük hissəsində də daim diqqət mərkəzində olmalıdır”, – deyə prezident bildirib.

Dövlət başçısı bu il görüləcək meliorativ tədbirlər barədə də danışıb:

“Bu il meliorativ tədbirlər nəzərdə tutulur. Üç yüzdən çox subartezian quyusu qazılmalıdır. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara suyun verilməsi təmin edilməlidir”.

Gununsesi.info