Bakı sərnişin stansiyasında Novruz şənliyi - FOTOLAR

  • By admin
  • 17 Mart 2017 17:56

unnamed (19)

Bu gün Bakı sərnişin stansiyasında Novruz şənliyi keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər.

Bu səbəbdən Novruz Bayramı günlərində – 20-27 mart 2017-ci il tarixlərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilir.

Qədimdən bu günəcən gəlib çıxan, yaddaşlarda özünə yuva quran Novruz bayramı yalnız adət-ənənələri ilə deyil, həmçinin milli-mənəvi xüsusiyyətləri ilə yaddaşlarda yaşayır.

Şənliyin iştirakçıları sərnişinlərə maraqlı səhnəciklər, musiqilər təqdim etdilər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərdə əsil bayram əhvali-ruhiyyəsi yaşatdı.

Sonra bayram tədbiri Bakı sərnişin stansiyasının kassa və gözləmə zallarında davam etdirildi.

Qeyd edək ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin əməyi nəticəsində xalqımızın bu əziz bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında “Sülh mədəniyyəti” adlı 49-cu bəndə müvafiq olaraq “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib. BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq təşkilat – ATƏT Novruz bayramını öz təqviminə salıb.

unnamed (18) unnamed (17) unnamed (16)

Gununsesi.info