Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib

  • By admin
  • 30 Sentyabr 2019 23:34

Daxili işlər orqanlarında yeni təyinat olub.

Gununsesi.org-un APA-ya istinadən verdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək həmin vəzifədə çalışan Elxan Həsənov iki gün əvvəl tutduğu vəzifədən azad edilib.

Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib

 

 

 

Gununsesi.org