Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Anarın kim olduğunu bilmir…

  • By admin
  • 12 Avqust 2022 22:09

 

Avqustun 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayonunda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

Gununsesi.info -nun xəbərinə görə, görüşlə bağlı yayılan açıqlama təəccübə səbəb olub.

Belə ki, yayılmış press-relizdə Anar yazıçı kimi deyil, şair kimi təqdim edilib.

Sitat:

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib Xalq şairinin yaradıcılığının müxtəlif məqamlarından söz açıblar. Onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğulayıblar. Tədbir zamanı şairin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub”.

Gununsesi.info