Bakı sərnişin stansiyasında 1100 metr uzunluğunda baş yolun əsaslı təmiri davam edir - FOTOLAR

  • By admin
  • 05 Dekabr 2016 13:32

dem-1

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən  Gununsesi.info-ya bildirilib ki, Bakı sərnişin stansiyasında 1100 metr uzunluğunda baş yol əsaslı təmir olunur, artıq 500 metr dəmir yolu qoyulub.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin direktoru Rizvan Rzayevin məlumatına görə, mövcud mürəkkəb şərait nəzərə alınaraq, (kommunikasiya xətlərinin mövcudluğu və torpaq yatağının sağlamlaşdırılması) təmir işləri iki gün davam edəcək.

Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.

Yeni layihənin icrasına ötən ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 185 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

dem-2

Gununsesi.info