Bakı-Sabunçu qatarı üç gün işləməyəcək

  • By admin
  • 29 May 2019 18:15

Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarları mayın 31-də, iyunun 1-2-də işləməyəcək.

Gununsesi.org bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, təmirlə əlaqədar qatarların hərəkəti 3 günlük dayandırılacaq. İyun ayının 3-dən etibarən qatarlar yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Gediş plastik kartla və biletlə təşkil olunacaq. Bu barədə sərnişinlərə əlavə  məlumat veriləcək.