Bakı sakini döyülərək 2000 manatı əlindən alındı

  • By admin
  • 20 Mart 2022 12:52

Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb.

Gununsesi.info bildirir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə martın 17-də rayon ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Rzayevi döyərək 2000 manat pul tələb etmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar – Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Gununsesi.info