
Bakı sakini qolunu bıçaqlayaraq intihara cəhd göstərib.
“Report” xəbər verir ki, hadisə Aydınbəyov küçəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Hüseynov Elvin Əli oğlu sol qolunun kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, həkimlərə intihar etmək üçün özünü bıçaqladığını bildirib. E.Hüseynov cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info










