Bakıda qəddar hadisə baş verib.
Gununsesi.info-nun xəbərinə görə, 59 yaşlı Famil Musa oğlu Bayramov qaynı ilə birlikdə evdə nahar edərkən yaranmış mübahisə zəminində döyülüb. Daha sonra qaynı onun sağ qulağını kəsib. F.Bayramov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun sağ qulağı həkimlər tərəfindən tikilib.
Hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsində qeydə alınıb.
Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Pİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları hadisəylə bağlı araşdırma aparıblar.
Gülnaz Qənbərli
Gununsesi.info