Bakı sakininə qarşı 120 minlik dələduzluq

  • By admin
  • 14 Yanvar 2017 17:45

pul-packa

 

Bakı sakininə qarşı 120 min manatlıq dələduzluq edilib.

Gununsesi.info məlumatına görə, 48 yaşlı Qaraş İlxas oğlu Qaraşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2013-cü ilin dekabr ayında X.Şuşınski küçəsi 33 ünvanında yerləşən “Sahil D” MTK şirkətinə mənzil almaq üçün 120 min manat köçürüb. Lakin şirkət dələduzluq yolu ilə onun pulunu mənimsəyib və indiyədək geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info