Abşeronda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz İsmayılovdan Xırdalan şəhərində kirayədə yaşadığı evdə dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 80 ədəd çətənə kolu və 2 kiloqram 050 qram marixuana aşkar edilərək götürülüb.
Gununsesi.info