
Oğurluqda şübhəli bilinərək tutulmuş paytaxt sakinindən ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də Bakı şəhər sakini Lətif İsmayılova məxsus mağazadan tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Səlahətdin Əliyev tutulub.
Ondan qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi götürülüb. Araşdırmalarla onun qeyd edilən tüfəngi ötən il dekabrın 28-də Goradil bağlar sahəsindəki evlərdən birindən oğurlaması, sonradan lüləsini və qundağını kəsməsi müəyyən edilib.
Anar
Gununsesi.info