Bakı sakinindən nömrəsi silinmiş ov tüfəngi götürülüb

  • By admin
  • 20 Aprel 2017 14:41

ov-tufengi
Bakı şəhər sakinindən nömrəsi silinmiş tüfəng və 9 ədəd patron götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakini Cavid Quliyevdən nömrəsi silinmiş “TOZ-8” markalı tüfəng və 9 ədəd patron götürülüb.

Anar
Gununsesi.info