
Bakı şəhər sakininə xəsarət yetirməkdə şübhəli bilinən Ağsu rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, mayın 23-də paytaxtın Babək prospektindən Bakı şəhər sakini Valeh Heydərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Sabit Bağırov tutulub.
Anar
Gununsesi.info