Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişir

  • By admin
  • 09 İyun 2017 15:30

qatar

Biləcəri-Keşlə mənzilinin tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 11.06.2017-ci ildən 25.06.2017-ci ilədək – on dörd gün müddətində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, hər şənbə, bazar və bayram günləri Sumqayıtdan saat 7-00-da, Bakıdan isə saat 8-15-də yola düşən 6002/6001, Sumqayıtdan saat 7-20-da, Bakıdan isə saat 9-00-da yola düşən 6004/6003 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

BAKI-SUMQAYIT-BAKI ELEKTRİK QATARLARININ HƏRƏKƏT C Ə D V Ə L İ

11 iyun 2017-ci ildən

19021999_438274919861463_1177906002_n