Gələn il Bakı-Sumqayıt-Bakı istiqamətində yeni “ekspress” qatar xəttə buraxılacaq.
Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.
R.Rüstəmov deyib ki, yeni qatarlar 5 vaqondan ibarət olacaq: “Bu il artıq 5 vaqondan ibarət qatar xəttə buraxılıb.
Sonra da həmin qatarda vaqonların sayını 7-yə qaldırdıq. İlin sonuna qədər daha bir vaqon əlavə edib bu rəqəmi 8 vaqona çatdıracağıq”.
Gununsesi.info