Bakı-Sumqayıt qatarı 4 gün işləməyəcək

  • By admin
  • 14 İyul 2021 17:49

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarları 18, 19, 20 və 21 iyul tarixlərində hərəkətdə olmayacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, sözügedən xətt üzrə qatarlar 17 iyul tarixində tam iş günü cədvəli üzrə hərəkət edəcək.