Bakı-Sumqayıt qatarında gecikmə olub

  • By admin
  • 08 Dekabr 2016 11:39

demir-sum

Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə baş verir.

Gununsesi.info xəbər verir ki, gecikmə qatar Biləcəri stansiyasında olarkən müşahidə olunub.  Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar Biləcəri stansiyasına qrafik üzrə, yəni 08:11-də çatıb. Lakin 08:12-də stansiyadan yol düşməli olan qatar 08:28-də hərəkətə başlayıb. Maşinist gecikməni texniki səbəblərlə izah edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov isə mətbuata bildirib ki, elektrik enerjisinin verilişində problem olduğundan qatar gecikib.

Gununsesi.info