Bakı-Sumqayıt qatarından istifadə edənlərə ŞAD XƏBƏR – Dekabrın 5-dən…

  • By admin
  • 28 Noyabr 2019 15:53

Dekabr ayının 5-də Bakı-Sumqayıt dəmir yolu xəttinə yeni elektrik qatarı buraxılacaq.

Gununsesi.org “APA-Economics”ə istinadla məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu qərar sözügedən marşrut xəttində yüksək sərnişin sıxlığını nəzərə alaraq qəbul edilib.

Gununsesi.org