Bakı-Sumqayıt qatarının 1 milyonunçu sərnişini mükafatlandırıldı FOTOLAR

  • By admin
  • 06 Yanvar 2017 16:30

 

sev

Yanvarın 6-da Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən 1000.000-cu (bir milyonuncu) sərnişinin adı bəlli olub.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Sevinc Qədirova Gununsesi.info-ya açıqlamasında bildirib ki, sertifikatın sahibi əslən Şəmkir rayonundan olan Bakı Dövlət Universitetinin “Kitabxanaşünaslıq-informasiya” fakültəsinin tələbəsi Leyla İsrayıl qızı Hüseynzadə olub.

Təqdimat mərasimində iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov kütləvi informasiya vasitələri nümayəndələrinə məlumat verərək bildirib ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə ikimərtəbəli elektrik qatarları 12 sentyabr 2015-ci ildən hərəkətə başlayıb.  “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfortlu KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin sayı getdikcə artmaqdadı. Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarı ilə gün ərzində daşınan sərnişinlərin sayı 5000-ni keçib. Bu gün isə bir milyonuncu sərnişini yola salırıq.

İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Bakı Dövlət Universitetinin tələbəsi Leyla Hüseynzadəni 1000.000-cu (bir milyonuncu) sərnişin olması münasibətilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi adından təbrik edib, ona biznes-klass vaqonunda 2 (iki) ay ərzində pulsuz gediş sertifikatı, planşet  və gül dəstəsi  təqdim edib.

Sonra bir milyonuncu sərnişin KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayiəti ilə biznes-klass vaqonunda yerini tutub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti olaraq bildiririk ki, gələcəkdə də sərnişinlərin tam komfortlu və təhlükəsiz şəraitdə mənzil başına çatdırılması istiqamətində görülən işlər  davam etdiriləcək.

sev5 sev4 sev3 sev1 sev2 nadir

Gununsesi.info