Bakı, Sumqayıt və Mingəçevirdə suda batan 3 nəfər xilas edildi

  • By admin
  • 02 İyul 2017 20:59

batmaq

Sumqayıtda dənizdə batan şəxs xilas edilib.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

“Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:55-də başa çatıb”, – deyə məlumatda qeyd olunur.

***

Həmçinin, suda batmaq təhlükəsi ilə üzləşən  daha iki nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qurumun Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Xidmətin xilasediciləri dərhal hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Digər hadisə Mingəçevirdə baş verib. Mingəçevir su anbarında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasediciləri hadisə yerinə gələrək vətəndaşı sudan çıxarıblar.

Gununsesi.info