
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Belə ki, yüksək sürətlə Sumqayıtdan Bakıya hərəkətdə olan “Ford” markalı mikroavtobusun sürücüsü idarətetməni itirib. Nəticədə avtomobil aşıb.
Hadisə zamanı sürücü avtomobildə tək olub. O, qəzadan xəsarətsiz qurtulub. Yol polisi əməkdaşları hadisə yerində müayinələr aparıblar. Mikroavtobus cərimə meydançasına aparılıb, hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.
Gununsesi.info